Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib Ölkə xarici 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropa Parlamenti ABŞ ilə 2025-ci ilin avqustunda əldə olunmuş birgə bəyanata uyğun olaraq gömrük rüsumları ilə bağlı iki qanun layihəsini təsdiqləyib. Bu barədə qurumun yaydığı press-relizdə bildirilir. Hər iki təşəbbüsün lehinə təxminən 440 deputat səs verib. Təxminən 150 deputat əleyhinə çıxıb, 50-yə yaxın parlament üzvü isə bitərəf qalıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əsas qanun layihəsi ABŞ-dən idxal olunan bütün sənaye məhsullarına tətbiq edilən rüsumları ləğv edir. Bundan əlavə, sənəd Amerika dəniz məhsulları və kənd təsərrüfatı məhsulları üçün Avropa İttifaqı bazarına güzəştli çıxış imkanı yaradır. İkinci təşəbbüs isə ABŞ-dən gətirilən omarların (lobsterlərin) Aİ-yə rüsumsuz idxalını uzadır. Qanun layihələrində nəzərdə tutulur ki, bu güzəştlər 31 dekabr 2029-cu il tarixinədək qüvvədə olacaq və sonradan uzadıla bilər. Eyni zamanda, sənədlər ABŞ ilin sonunadək Aİ-dən idxal olunan polad və alüminium məhsullarına tətbiq edilən 15%-dən yüksək rüsumları ləğv etmədiyi təqdirdə güzəştlərin dayandırılmasına imkan verir. Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange bildirib ki, birgə bəyanatda əks olunan öhdəliklərin qanun səviyyəsində təsdiqlənməsi Brüsselə Vaşinqton öz öhdəliklərini yerinə yetirmədiyi halda cavab tədbirləri görmək imkanı verir. Avropa İttifaqı və ABŞ arasında ticarət sazişi 2025-ci ilin iyulunda imzalanıb. Razılaşmaya əsasən, ABŞ-yə ixrac edilən Avropa məhsullarına 15%-lik gömrük rüsumu tətbiq olunur. TaglarABŞAvropa Parlamenti Son xəbərlər Ölkə daxili Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub 16/06/2026 FinTex “PashaPay”ə yeni rəhbər təyin edilib 16/06/2026 Bank xəbərləri Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub 16/06/2026 Ölkə xarici Qazaxıstan Ələtdəki layihə də daxil olmaqla, xaricdə terminal şəbəkəsinin inkişafını sürətləndirəcək 16/06/2026 Digər xəbərlər Ölkə daxili Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub 16/06/2026 FinTex “PashaPay”ə yeni rəhbər təyin edilib 16/06/2026 Bank xəbərləri Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub 16/06/2026 Ölkə xarici Qazaxıstan Ələtdəki layihə də daxil olmaqla, xaricdə terminal şəbəkəsinin inkişafını sürətləndirəcək 16/06/2026