Unibank 8% gəlirliliklə istiqraz buraxır – $5 milyon həcmində Bank xəbərləriKapital bazarı 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti ABŞ dolları ilə nominal dəyəri 100 dollar olan 50 000 ədəd istiqraz buraxmağa hazırlaşır. Banker.az bankın Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Ümumi həcmi 5 milyon ABŞ dolları təşkil edən bu istiqrazlar illik 8 faiz gəlirlilik təklif edir. İstiqrazlar 6 il müddətinə, hər 3 aydan bir faiz ödənişi şərti ilə “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında kütləvi təklif üsulu ilə yerləşdiriləcək. İstiqrazların anderraytinqi “Unicapital İnvestisiya Şirkəti” ASC tərəfindən həyata keçiriləcəkdir. Emissiyadan əldə olunan vəsait bankın II dərəcəli kapitalının artırılmasına, resurs bazasının diversifikasiyasına və aktiv əməliyyatlarının genişləndirilməsinə yönəldiləcək. Bankın 2024-cü il maliyyə hesabatına görə, ümumi aktivlər 1,75 milyard manata çatmış, kredit portfeli isə 1,13 milyard manata yüksəlmişdir. Kapital 11% artaraq 161 milyon manata çatmışdır. 2025-ci ilin sonuna olan məlumata görə isə bankın aktivləri 2,13 milyard manat, kredit portfeli 1,3 milyard manat təşkil etmişdir. Son xəbərlər İnvestisiya “OpenAI”nin xərcləri planlaşdırılan IPO fonunda 34 mlrd. dollara çatıb 16/06/2026 Ölkə daxili Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub 16/06/2026 Ölkə xarici Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib 16/06/2026 FinTex “PashaPay”ə yeni rəhbər təyin edilib 16/06/2026 Digər xəbərlər İnvestisiya “OpenAI”nin xərcləri planlaşdırılan IPO fonunda 34 mlrd. dollara çatıb 16/06/2026 Ölkə daxili Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub 16/06/2026 Ölkə xarici Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib 16/06/2026 FinTex “PashaPay”ə yeni rəhbər təyin edilib 16/06/2026