“SpaceX” neyroşəbəkə yaradıcısı “Cursor”u 60 milyard dollara alır İnvestisiya 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “SpaceX” şirkəti korporativ sektorda mövqelərini gücləndirmək strategiyası çərçivəsində proqramlaşdırma üçün süni intellekt agenti “Cursor”un yaradıcısı olan “Anysphere” startapını 60 milyard dollara satın alacaq. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Şirkətdən bildirilib ki, sövdələşmənin 2026-cı ilin üçüncü rübündə tamamlanması gözlənilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Reuters” qeyd edir ki, 2022-ci ildə yaradılan “Anysphere” qısa müddətdə sürətlə inkişaf edib və “Cursor” məhsulu sayəsində B2B seqmentində illik təxminən 2,6 milyard dollar gəlir əldə edib. Mart ayında “Cursor”un məhsul inkişafı bölməsinin iki rəhbəri Ay və Mars proqramları, eləcə də süni intellekt layihələri üzərində işləmək üçün “SpaceX”ə qoşulduqlarını açıqlamışdılar. İyunun 16-da məlum olub ki, İlon Maskın sərvəti 1,3 trilyon dolları ötüb. Bunun əsas səbəbi ötən həftə keçirilən “SpaceX”in IPO-su olub. Şirkətin səhmləri ilk ticarət günündə 19%-dən çox bahalaşıb, iyunun 15-də isə daha 19,5% artıb. Nəticədə “SpaceX”in bazar kapitallaşması 3 trilyon dolları keçib, Maskın sərvəti isə bir gün ərzində təxminən 165 milyard dollar artıb. TaglarCursorSpaceX Son xəbərlər İnvestisiya “OpenAI”nin xərcləri planlaşdırılan IPO fonunda 34 mlrd. dollara çatıb 16/06/2026 Ölkə daxili Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub 16/06/2026 Ölkə xarici Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib 16/06/2026 FinTex “PashaPay”ə yeni rəhbər təyin edilib 16/06/2026 Digər xəbərlər İnvestisiya “OpenAI”nin xərcləri planlaşdırılan IPO fonunda 34 mlrd. dollara çatıb 16/06/2026 Ölkə daxili Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub 16/06/2026 Ölkə xarici Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib 16/06/2026 FinTex “PashaPay”ə yeni rəhbər təyin edilib 16/06/2026