Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı bildirib ki, Yeddi Qrupun (G7) liderləri Fransada keçirilən sammitdə Rusiyanın Ukraynadakı müharibədə qalib gəlmədiyini qəbul edib və Moskvanı danışıqlar masasına gətirmək üçün əlavə sanksiyaları müzakirə ediblər. Londonda keçirilən Reuters NEXT Europe sammitində video bağlantı vasitəsilə müsahibə verən Zelenski , sülh müqaviləsi əldə olunmazsa, Rusiyanın çox çətin bir qışla üzləşəcəyini – Ukraynanın enerji infrastrukturuna artan hücumlar fonunda – bildirib. Zelenski deyib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü artırmaq xahişinə çox müsbət cavab verib. Reuters Next -in World Stage canlı yayımına buradan baxa və tam məlumatı buradan oxuya bilərsiniz.