Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın səbəbi məlum olub Ölkə daxili 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Baş Prokurorluğun İstintaq İdarəsinin Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın detalları məlum olub. Banker.az xəbər verir ki, buna səbəb xüsusilə külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinə cəhd edilməsidir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Əvvəlcədən cinayət niyyəti ilə əlbir olan bir qrup hava nəqliyyatı vasitəsilə ölkəyə milyonlarla dəyəri olan qızıl-zinət əşyaları keçirmək istəyiblər. Bu işdə qaçaqmalçılara Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin növbə rəisinin müavini İsmayıl Əliyev şərait yaradıb. Cinayət işi birbaşa Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən nəzarətə götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə halında külli miqdarda qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlk olaraq elə liman rəisinin müavini İsmayıl Əliyev həmin maddə ilə ittiham edilərək həbs edilib. Bundan əlavə, cinayətlə bağlı idarənin içində xanımlar da olmaqla, başqa əməkdaşları da sorğu-sual edilib, bəziləri istintaqa cəlb edilib. Hazırda iş üzrə geniş ibtidai istintaq hərəkətləri aparılır. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirovdur. Hələlik qurumdan bu hadisə ilə bağlı heç bir açıqlama gəlməyib. MənbəQafqazinfo TaglarBaş Prokurorluğun İstintaq İdarəsi Son xəbərlər Yerli biznes xəbərləri Azərbaycanın xaricdən aldığı ət 15% bahalaşıb 16/06/2026 Bank xəbərləri AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası 16/06/2026 İnvestisiya “OpenAI”nin xərcləri planlaşdırılan IPO fonunda 34 mlrd. dollara çatıb 16/06/2026 Ölkə xarici Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib 16/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Azərbaycanın xaricdən aldığı ət 15% bahalaşıb 16/06/2026 Bank xəbərləri AFB Bank-dan dövlət qulluqçularına özəl güzəştli nağd kredit kampaniyası 16/06/2026 İnvestisiya “OpenAI”nin xərcləri planlaşdırılan IPO fonunda 34 mlrd. dollara çatıb 16/06/2026 Ölkə xarici Avropa Parlamenti ABŞ ilə ticarət sazişini təsdiqləyib 16/06/2026