Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur Aqrarbiznes 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Subsidiyaya köklü dəyişiklik onun məğzindən ibarətdir. İndiyə kimi subsidiyalar əsasən əkin istiqamətli olub və əsas gözlənti əkinin həyata keçirilməsi, aqrotexniki tədbirlərin görülməsi və məhsul istehsalına nail olunması idi. Lakin aqrar sahə üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramına, cənab Prezidentin imzaladığı fərmanlarla edilən dəyişikliklərə və yeni qanunvericilik təşəbbüslərinə əsasən subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi, yəni məhsul istehsalı yönümlü subsidiyaların genişləndirilməsi nəzərdə tutulur. Bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov söyləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir əvvəllər sadəcə şəkər çuğunduru, pambıq və tütün üzrə məhsul subsidiyası verildiyini xatırladaraq deyib: “Əslində, bu məhsul subsidiyalarının illər üzrə məhsuldarlığa necə təsir etdiyini görmüşük. Əgər 2017-2018-ci illərdə ölkə üzrə məhsuldarlıq pambıqda orta hesabla 11 sentner idisə, keçən il 36 sentner oldu. Yəni üç dəfədən çox artım müşahidə etdik. Eləcə də tütündə və şəkər çuğundurunda da eyni misalı göstərə bilərik. Keçən ildən qarğıdalı və günəbaxan tumlarının istehsalında məhsul subsidiyası tətbiq etməyə başlamışıq. Bu ildən meyvəçilikdə alma və nar istehsalı üzrə məhsul subsidiyası verilməsi nəzərdə tutulur. Dövlət Proqramı çərçivəsində məhsul subsidiyasını bitkiçilik sahəsi üzrə ildən-ilə artırmaq niyyətindəyik. Ərzaqlıq buğda subsidiyası var və yeni proqram çərçivəsində bunu da genişləndirməyi düşünürük. Əgər əvvəl subsidiya sadəcə müasir suvarma sistemi qurmuş fermerə tətbiq olunurdusa, yeni Dövlət Proqramı çərçivəsində, həmçinin emal sənayesinə də subsidiya verilməsi nəzərdə tutulur. Bundan əlavə, heyvandarlıq istiqamətində – həm ətlik, həm damazlıq istiqamətində, eyni zamanda süd məhsulu üzrə də subsidiyanın verilməsi planlaşdırılır”. MənbəAZƏRTAC TaglarMəcnun Məmmədovsubsidiya Son xəbərlər Avto xəbərlər Azərbaycana avtomobil idxalı azalıb – Səbəb nədir? 16/06/2026 Kənd təsərrüfatı Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib 16/06/2026 Neft və Qaz Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib 16/06/2026 Texnologiya xəbərləri İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib 16/06/2026 Digər xəbərlər Avto xəbərlər Azərbaycana avtomobil idxalı azalıb – Səbəb nədir? 16/06/2026 Kənd təsərrüfatı Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib 16/06/2026 Neft və Qaz Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib 16/06/2026 Texnologiya xəbərləri İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib 16/06/2026