Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək Kənd təsərrüfatı 16/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək. Bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazir müavini bildirib ki, yaxın dövrdə Aqrar Subsidiya Şurasının iclasında konkret subsidiya məbləğləri müəyyən ediləcək. İribuynuzlu heyvanlarda süd məhsuluna subsidiya nəzərdə tutulur. Həmçinin Dövlət Proqramı çərçivəsində ixtisaslaşmış təsərrüfat modelinə qoşulmuş təsərrüfatlarda müəyyən tələblər gözlənilməklə kəsimxanalarda kəsilmiş ətin subsidiyalaşması nəzərdə tutulur. Dəri məhsulunun da emala və dəyəryaranma prosesinə cəlb olunma prosesini təşviq etmək üçün dəritoplama məntəqələrinin avadanlıqlarına güzəşt tətbiqi, həmçinin dərinin özünə müəyyən məhsul subsidiyası verilməsi planlaşdırılır. MənbəAZƏRTAC TaglarheyvandarlıqsubsidiyaZaur Əliyev Son xəbərlər Avto xəbərlər Azərbaycana avtomobil idxalı azalıb – Səbəb nədir? 16/06/2026 Kənd təsərrüfatı Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib 16/06/2026 Neft və Qaz Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib 16/06/2026 Texnologiya xəbərləri İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib 16/06/2026 Digər xəbərlər Avto xəbərlər Azərbaycana avtomobil idxalı azalıb – Səbəb nədir? 16/06/2026 Kənd təsərrüfatı Məcnun Məmmədov: Yeni Dövlət Proqramı regionlarda iş yerlərinin yaradılmasına yönəlib 16/06/2026 Neft və Qaz Pərviz Şahbazov: TAP indiyədək İtaliyanı 49,5 milyard kubmetr qazla təmin edib 16/06/2026 Texnologiya xəbərləri İspaniya süni intellekt layihəsinə 719 milyon avroluq investisiyanı təsdiqləyib 16/06/2026