Rusiya Kanadanın sanksiyalarına cavab olaraq 103 Kanada vətəndaşının ölkəyə girişini qadağan edib. “Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Siyahıya ilk növbədə parlament üzvləri daxildir: “103 Kanada vətəndaşının, ilk növbədə, Kanada parlamentində xidmət edənlərin Rusiya Federasiyasına girişi həmişəlik qadağan edilir”.