İtaliyanın SAMP-T Hava Hücumundan Müdafiə Sistemi Türkiyənin Konya şəhərində yerləşdiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. “NATO-nun Daimi Müdafiə Planı çərçivəsində ittifaqın hava hücumundan müdafiəsini gücləndirmək üçün 3-cü Əsas Reaktiv Baza Komandanlığında/Konyada bir İtalyan SAMP-T Hava Hücumundan Müdafiə Sistemi yerləşdiriləcək”, - məlumatda deyilir.