WSJ: ABŞ memorandum imzalandıqdan dərhal sonra İrana neft satmağa icazə verəcək Ölkə xarici 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumu qüvvəyə mindikdən dərhal sonra İrana neft və yanacaq satışına başlamağa icazə verəcək. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sanksiyaların ləğvi satışların həyata keçirilməsi üçün zəruri olan bütün sahələri əhatə edəcək. Məhdudiyyətlərin bank əməliyyatları, xam neftin daşınması və sığortalanması üzrə aradan qaldırılması planlaşdırılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qəzetin mənbələrindən biri bunu sanksiyaların ilkin yumşaldılması adlandırıb. Onun sözlərinə görə, xammal satışına icazə ABŞ-nin irəli sürdüyü tələblərin yerinə yetirilməsindən asılı olacaq. Buraya İranın Hörmüz boğazını gəmiçilik üçün açması və nüvə proqramı ilə bağlı əldə olunan razılaşmalara əməl etməsi daxildir. WSJ-nin tanış olduğu memorandum layihəsinə əsasən, ABŞ həmçinin İrana digər sanksiyaların yumşaldılmasını, dondurulmuş aktivlərin bir hissəsinin açılmasını və ölkənin bərpası üçün milyardlarla dollar ayrılmasını vəd edir. Lakin sənəddə qeyd olunur ki, bu addımlar tərəflər arasında aparılacaq sonrakı danışıqlardan asılı olacaq. ABŞ administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli rəsmisi nəşrə bildirib ki, Tehran dondurulmuş milyardlarla dollarlıq vəsaitə dərhal çıxış əldə etməyəcək. WSJ qeyd edir ki, ABŞ və İsraildə bir çox qanunverici və siyasi xadim İrana maliyyə yardımı göstərilməsinin və təzyiqin azaldılmasının əleyhinədir. Nəşr neft ticarətinə tətbiq olunan embarqonu Vaşinqtonun Tehrana qarşı əsas təzyiq alətlərindən biri kimi qiymətləndirir. TaglarABŞİran Son xəbərlər Kapital bazarı Azərbaycanlı investorların xaricdə səhm və istiqraz alışları artıb 17/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 17.06.2026 17/06/2026 İnvestisiya Mərkəzi banklar artan geosiyasi risklər fonunda qızıl ehtiyatlarını öz ölkələrinə geri qaytarır 17/06/2026 Ölkə xarici Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək 17/06/2026 Digər xəbərlər Kapital bazarı Azərbaycanlı investorların xaricdə səhm və istiqraz alışları artıb 17/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 17.06.2026 17/06/2026 İnvestisiya Mərkəzi banklar artan geosiyasi risklər fonunda qızıl ehtiyatlarını öz ölkələrinə geri qaytarır 17/06/2026 Ölkə xarici Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək 17/06/2026