Azərbaycanlı investorların xaricdə səhm və istiqraz alışları artıb Kapital bazarıÜmumi iqtisadi xəbərlər 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının tədiyə balansına dair hesabat dövründə portfel investisiyaları üzrə xalis xarici maliyyə aktivləri 51.7 mln. dollar artıb, xalis xarici maliyyə öhdəlikləri isə 2 mlrd. dollar azalıb. Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, portfel investisiyaları üzrə aktivlərin artımı əsasən dövlət sektorunun (12.1 mln. dollar) və digər sektorların (224.7 mln. dollar) hesabına baş verib. Bununla belə, AMB-nin açıqlamasına görə, bu dövrdə bankların portfel investisiya aktivləri 171.2 mln. dollar, kapitalda iştiraka təminat verən qiymətli kağızlar isə 13.9 mln. dollar azalıb. Öhdəliklər üzrə isə kapitalda iştiraka təminat verən qiymətli kağızlar cüzi artım göstərib (54 min dollar), lakin neft-qaz sektorunda 2.0 mlrd. dollar, digər sektorlarda isə 8.7 mln. dollar azalma qeydə alınıb. Portfel investisiyaları — investorların (dövlət, şirkət və ya şəxslərin) başqa ölkələrdəki şirkətlərin səhmlərinə, istiqrazlarına və digər qiymətli kağızlarına nəzarət əldə etmədən, sadəcə gəlir qazanmaq məqsədilə etdiyi maliyyə yatırımlarıdır. Yəni burada investor şirkəti idarə etmək üçün yox, faiz, dividend və ya qiymət artımından qazanc əldə etmək üçün pul qoyur. Bu investisiyalar adətən qısa və ya orta müddətli olur və birbaşa investisiyalardan (məsələn, zavod tikmək, müəssisə almaq kimi) fərqli olaraq iqtisadiyyatda “sahiblik və idarəetmə” yox, “maliyyə gəliri” məqsədi daşıyır. Son xəbərlər Ölkə xarici WSJ: ABŞ memorandum imzalandıqdan dərhal sonra İrana neft satmağa icazə verəcək 17/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 17.06.2026 17/06/2026 İnvestisiya Mərkəzi banklar artan geosiyasi risklər fonunda qızıl ehtiyatlarını öz ölkələrinə geri qaytarır 17/06/2026 Ölkə xarici Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək 17/06/2026 Digər xəbərlər Ölkə xarici WSJ: ABŞ memorandum imzalandıqdan dərhal sonra İrana neft satmağa icazə verəcək 17/06/2026 Valyuta Mərkəzi Bankın rəsmi valyuta məzənnələri – 17.06.2026 17/06/2026 İnvestisiya Mərkəzi banklar artan geosiyasi risklər fonunda qızıl ehtiyatlarını öz ölkələrinə geri qaytarır 17/06/2026 Ölkə xarici Vens: ABŞ-İran sazişi İsrail, Livan və Fars körfəzini əhatə edəcək 17/06/2026