“Threads”in aylıq aktiv istifadəçi sayı 500 milyona çatıb Texnologiya xəbərləri 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Threads” sosial şəbəkəsinin aylıq aktiv istifadəçi auditoriyası 500 milyona çatıb. Müqayisə üçün qeyd edək ki, “Threads” 2025-ci ilin avqustunda 400 milyon aylıq aktiv istifadəçi həddini keçmişdi. İlk 100 milyon istifadəçiyə isə 2023-cü ilin payızında çatmışdı. Şirkət aktiv istifadəçi hesab edilən şəxslərin hansı meyarlarla müəyyənləşdirildiyini açıqlamayıb. “Bloomberg” agentliyinin qeyd etdiyi kimi, “Threads”in sürətli böyüməsində “Meta” şirkətinin digər məhsulları, xüsusilə də “Instagram” ilə sıx inteqrasiyası mühüm rol oynayır. Məsələn, “Instagram” lentində “Threads” paylaşımları göstərilir və istifadəçilər birbaşa həmin platformaya keçə bilirlər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “X” sosial şəbəkəsinin analoqu kimi yaradılan “Threads” tətbiqi 2023-cü ilin iyulunda istifadəyə verilib. Avqust ayında onun veb-versiyası istifadəyə açılıb, dekabrda isə xidmət Avropa ölkələrində də fəaliyyətə başlayıb. İlon Mask 2024-cü ilin mayında bildirmişdi ki, “X” platforması aylıq 600 milyon aktiv istifadəçiyə malikdir. Şirkət aylıq aktiv istifadəçi sayını rəsmi olaraq açıqlamasa da, müxtəlif qiymətləndirmələrə görə bu göstərici hazırda təxminən 560 milyon nəfər təşkil edir. TaglarThreads Son xəbərlər Ümumi iqtisadi xəbərlər İlk beş ayda Azərbaycanda yeni şirkətlərin qeydiyyatı 85% azalıb: 6 236-dan 910-ə düşüb 17/06/2026 Nəqliyyat “Bakı Metropoliteni” köhnə kabel xətlərinin yenilənməsinə 4 milyon manata yaxın vəsait ayırır 17/06/2026 Digər xəbərlər “Azərbaycanda ilk sukukun ( İslam istiqrazları) buraxılışına hazırlıq gedir” 17/06/2026 Ölkə xarici WSJ: ABŞ memorandum imzalandıqdan dərhal sonra İrana neft satmağa icazə verəcək 17/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər İlk beş ayda Azərbaycanda yeni şirkətlərin qeydiyyatı 85% azalıb: 6 236-dan 910-ə düşüb 17/06/2026 Nəqliyyat “Bakı Metropoliteni” köhnə kabel xətlərinin yenilənməsinə 4 milyon manata yaxın vəsait ayırır 17/06/2026 Digər xəbərlər “Azərbaycanda ilk sukukun ( İslam istiqrazları) buraxılışına hazırlıq gedir” 17/06/2026 Ölkə xarici WSJ: ABŞ memorandum imzalandıqdan dərhal sonra İrana neft satmağa icazə verəcək 17/06/2026