Bu gün “Zirə”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi məlum olacaq. “Qafqazinfo” xəbər verir ki, mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Artıq paytaxt təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA məlumat yayıb. “Zirə” 1-ci təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) səddini aşarsa, növbəti raundda aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək: - “Heqelman” (Litva) – “Payde2 (Estoniya) cütünün qalibi. Qeyd edək ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.