Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi “Sabah”ın ikinci mərhələdəki rəqibinin adı bu gün bəlli olacaq. “Qafqazinfo” xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb. Səpələnməmişlər səbətində yer alan “Sabah” 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq: - “Floriana" (Malta) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi; - “Vardar” (Şimali Makedoniya) - “Kups” (Finlandiya) cütünün qalibi; - “Jalqiris” (Litva) - “Drita” (Kosovo) cütünün qalibi; - “Linkoln” (Cəbəllütariq) - “İnter” (Eskaldes, Andorra) cütünün qalibi. Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək. “Sabah”ın rəqibi bəlli olub. Masazır təmsilçisi “Vardar” (Şimali Makedoniya) – KuPS (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.