SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb Neft və Qaz 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu gün İslam İnkişaf Bankı (İİB) qrupunun illik toplantıları çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İslam İnkişaf Bankı Qrupunun Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə maliyyələşdirmə imkanlarının birgə araşdırılmasını nəzərdə tutur. Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və qiymətləndirəcəklər. Bu çərçivədə ICD tərəfindən layihələrin xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək. SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Anlaşma Memorandumu tərəflər arasında enerji layihələri üzrə gələcək əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır: “Sənəd Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə həyata keçirilə biləcək layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır”. ICD-nin icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Xalid Xələfalla isə qeyd edib ki, SOCAR ilə yeni tərəfdaşlıq ICD-nin üzv ölkələrə özəl kapitalın yönləndirilməsi məqsədi daşıyan strategiyasının həyata keçirilməsi baxımından mühüm addımdır: “SOCAR-ın enerji sahəsindəki təcrübəsini ICD-nin şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf prioritetlərinə tam uyğundur”. Son xəbərlər Ölkə xarici WSJ: İranın dondurulmuş aktivlərinin böyük hissəsi Çində saxlanılır 17/06/2026 Yerli biznes xəbərləri ICD və Türk İnvestisiya Fondu KOB-ların inkişafı üçün 50 milyon dollarlıq İslam birgə maliyyələşdirmə proqramı imzalayıb 17/06/2026 Ümumi iqtisadi xəbərlər DSK: Azərbaycanda sənaye istehsalı 0.2 faiz artıb 17/06/2026 Ümumi iqtisadi xəbərlər Avrozonada illik inflyasiya 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb 17/06/2026 Digər xəbərlər Ölkə xarici WSJ: İranın dondurulmuş aktivlərinin böyük hissəsi Çində saxlanılır 17/06/2026 Yerli biznes xəbərləri ICD və Türk İnvestisiya Fondu KOB-ların inkişafı üçün 50 milyon dollarlıq İslam birgə maliyyələşdirmə proqramı imzalayıb 17/06/2026 Ümumi iqtisadi xəbərlər DSK: Azərbaycanda sənaye istehsalı 0.2 faiz artıb 17/06/2026 Ümumi iqtisadi xəbərlər Avrozonada illik inflyasiya 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb 17/06/2026