Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib Ölkə xarici 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ABŞ prezidenti Donald Tramp İranla əldə olunan razılaşma çərçivəsində 300 milyard dollarlıq investisiya fondunun yaradılması barədə məlumatları yenidən təkzib edib. O, bu barədə Fransada keçirilən G7 sammitində danışıb. Bununla yanaşı, Tramp Fars körfəzi ölkələrinin İrana investisiya yatırmasının mümkünlüyünü istisna etməyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Biz bir sent belə investisiya qoymuruq. İnvestisiya qoymaq niyyətində deyilik və belə bir fondumuz da yoxdur”, – deyə ABŞ prezidenti bildirib. Onun sözlərinə görə, o, Fars körfəzi ölkələrindən də İrana vəsait yatırmağı xahiş etməyib. “Əgər onlar bunu etsələr, yaxşı olar. Amma düşünürəm ki, İranın davranışının dəyişib-dəyişmədiyini görmədən bunu etməyəcəklər”, – deyə Tramp əlavə edib. ABŞ prezidenti bildirib ki, investisiyalarla bağlı xəbərlər onun əvvəlki bəyanatının mediada düzgün şərh olunmaması nəticəsində yaranıb. İyunun 15-də İranın “Mehr” agentliyi ABŞ və İran arasında imzalanan qarşılıqlı anlaşma memorandumunun bəndlərindən biri kimi ABŞ və müttəfiqlərinin ən azı 300 milyard dollar həcmində İranın bərpası planını hazırlayacağını yazmışdı. Həmin gün ABŞ-nin vitse-prezidenti “JD Vance CBS” telekanalına müsahibəsində bildirmişdi ki, İran razılaşma üzrə öhdəliklərini yerinə yetirərsə, 300 milyard dollarlıq bərpa fonduna çıxış əldə edə bilər. Fondun maliyyələşdirilməsinin Fars körfəzi ölkələrindən ibarət koalisiya tərəfindən həyata keçiriləcəyi qeyd olunurdu. Bundan sonra “Reuters” agentliyi mənbələrə istinadən yazıb ki, İrana investisiyaların təşviqi məqsədilə yaradılacaq fond tamamilə özəl olacaq. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, fond üçün nəzərdə tutulan vəsaitin yarıdan çoxu artıq ayrılıb. Son xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026 Neft və Qaz Azərbaycan 2026-cı ildə premium (Aİ-95) benzinin idxalını kəskin artırıb 17/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026 Neft və Qaz Azərbaycan 2026-cı ildə premium (Aİ-95) benzinin idxalını kəskin artırıb 17/06/2026