Azərbaycan 2026-cı ildə premium (Aİ-95) benzinin idxalını kəskin artırıb Neft və QazÜmumi iqtisadi xəbərlər 17/06/2026 95 oktanlı benzin Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda 2026-cı ilin ilk dörd ayında yuxarı oktanlı premium və super premium benzin markalarının idxalında böyük artım baş verib. Nəticədə bu neft markaları ölkədən 54 mln. Dollara yaxın valyutanın xaricə getməsinə səbəb olub. Banker.az xəbər verir ki, ölkəyə idxal olunan 95 oktanlı benzinin həcmi illik müqayisədə 28.6% artaraq 47.38 min tondan 60.91 min tona yüksəlib. Bu məhsulun idxalına çəkilən xərc isə 31.4% artaraq 40.24 mln. dollardan 52.89 mln. dollara çatıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 95 oktanlı benzinin əsas tədarükçüsü olaraq qalan Rusiyadan idxal 32.8% azalaraq 30.50 min tondan 20.48 min tona düşüb. Buna baxmayaraq, Belarusdan tədarük təxminən 2.9 dəfə artaraq 6.55 min tondan 19.14 min tona yüksəlib. Rumıniyadan idxal isə 69.6% azalaraq 8.93 min tondan 2.72 min tona enib. Ötən il tədarükçülər sırasında yer alan Bolqarıstandan bu il idxal qeydə alınmayıb. Əvəzində Birləşmiş Ərəb Əmirliklərindən 9 min ton, Yunanıstandan 6.03 min ton, Qazaxıstandan 3.29 min ton benzin gətirilib. Əlavə olaraq,Gürcüstan və Türkiyədən də məhdud həcmdə idxal həyata keçirilib. 95 oktanlı benzinin orta idxal qiyməti illik müqayisədə 2.2% artaraq ton başına 849.33 dollardan 868.34 dollara yüksəlib. Eyni dövrdə super marka 98 oktanlı benzinin idxalı da artıb. Bu markadan idxal edilən benzinin həcmi 33.3% artaraq 651.37 tondan 868.36 tona, dəyəri isə 798.58 min dollardan 1.06 mln. dollara yüksəlib. 98 oktanlı benzin üzrə Rusiyadan idxal 91.7% artaraq 240.11 tondan 460.31 tona çatıb, Belarusdan ilk dəfə 239.40 ton məhsul gətirilib. Rumıniyadan idxal isə 45.3% artaraq 116.11 tondan 168.65 tona yüksəlib. Ötən il bu məhsulun tədarükçülərindən biri olan Bolqarıstandan isə cari ildə idxal qeydə alınmayıb. 98 oktanlı benzinin orta idxal qiyməti isə demək olar ki, dəyişməyib. Belə ki, bir ton benzinin orta idxal dəyəri illik müqayisədə 0.03% azalaraq 1 226.06 dollardan 1 225.87 dollara enib. Öncəki ildə qısammüddətli istehsala baxmayaraq bu neft markalarının istehsalı 2026-cı ildə baş tutmayıb. İstehsalın planlaşdırılmamamsı hələ ötən ilin son rübündə də bildirilmişdi. Bu arada iqtisadiyyat naziri Mikayıl Cabbarov yaxn günlərdə “ITV”yə müsahibəsində Azərbaycanda son illərin ən böyük sənaye sərmayələrindən biri hesab olunan yeni neft emalı zavodunun tikintisi ilə bağlı qərarın qəbul edildiyini açıqlayıb. Nazir layihənin təxminən 5-6 il ərzində başa çatdırılmasının gözlənildiyini bildirib. SOCAR tərəfindən həyata keçiriləcək yeni zavodun ənənəvi yanacaq məhsulları ilə yanaşı, yeni nəsil neft-kimya məhsulları istehsal etməsi nəzərdə tutulur. Layihənin reallaşması gələcəkdə ölkənin yanacaq və neft-kimya məhsulları üzrə emal imkanlarının genişlənməsinə, həmçinin idxaldan asılılığın azalmasına təsir göstərə bilər. Son xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026