WSJ: İranın dondurulmuş aktivlərinin böyük hissəsi Çində saxlanılır Ölkə xarici 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İranın dondurulmuş aktivlərinin 20–50 milyard dollar həcmində hissəsi Çində saxlanılır. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Nəşrin məlumatına görə, İranın dünya üzrə dondurulmuş aktivlərinin ümumi həcmi 100 milyard dollara çata bilər. Bu göstəriciyə görə Çindən sonra ikinci yerdə 15 milyard dollarla İraq qərarlaşıb. Üçüncü yeri isə hər biri 7 milyard dollar olmaqla Hindistan və Cənubi Koreya bölüşür.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə WSJ qeyd edir ki, aktivlərin bir hissəsi hələ 1979-cu ildə İranda baş vermiş İslam İnqilabından sonra dondurulub. Bununla belə, vəsaitlərin əsas hissəsi son illərdə müxtəlif ölkələrin İrandan aldığı və ya müqavilə bağladığı neft və elektrik enerjisi üzrə ödənişlərdən formalaşıb. Əhəmiyyətli həcmdə dondurulmuş aktivlər Qətərdə də saxlanılır — 6 milyard dollar. Bundan əlavə, Yaponiyada 3 milyard dollar, ABŞ və Lüksemburqda hərəsində 2 milyard dollar, Omanda isə 1 milyard dollar həcmində İran vəsaiti dondurulmuş vəziyyətdədir. WSJ-nin sorğuladığı ekspertlərin fikrincə, İran hakimiyyəti bütün aktivlərin yaxın vaxtlarda azad ediləcəyinə ümid etmir. Tehran əsas diqqətini vəsaitlərin təxminən dörddə birinin — 24 milyard dollara yaxın hissəsinin geri qaytarılmasına yönəldib. Son xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026