Avrozonada illik inflyasiya 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb Ümumi iqtisadi xəbərlər 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Avrozonada illik inflyasiya may ayının yekunlarına görə apreldəki 3%-lə müqayisədə 3,2%-ə yüksəlib. Bu, 2023-cü ilin sentyabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Məlumat “Eurostat”ın hesabatında yer alıb. Yekun göstərici ilkin proqnozla üst-üstə düşüb. İllik inflyasiyanın ən aşağı səviyyədə olduğu ölkələr İsveç (1,1%), Danimarka (1,8%) və Çexiya (1,8%) olub. Ən yüksək inflyasiya isə Rumıniyada (9,7%), Bolqarıstanda (6,3%) və Litvada (5,1%) qeydə alınıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Analitiklərin hesablamalarına görə, xidmətlərin qiyməti illik ifadədə 3,5%, sənaye mallarının qiyməti 0,9%, ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti isə 1,9% artıb. Bununla yanaşı, sonuncu kateqoriyada qiymət artımı aprel ayı ilə müqayisədə zəifləyib. Belə ki, apreldə həmin göstərici 2,4% təşkil etmişdi. Yaxın Şərqdəki münaqişə fonunda enerji daşıyıcılarının qiyməti may ayında illik ifadədə 10,8% bahalaşıb. Son xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Bank xəbərləri Expressbankın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR 17/06/2026