AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib Nəqliyyat 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşrut üzrə gündəlik reyslərin sayı 25-ə çataraq son dövrün ən yüksək göstəricilərindən birini təşkil edib. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm reyslər ölkənin ən yüksək sərnişin tələbatının müşahidə olunduğu istiqamətlərdən biridir. Gün ərzində çoxsaylı reyslərin icra edilməsinə baxmayaraq, marşrut üzrə davamlı yüksək sərnişin axını səbəbindən biletlər sürətlə tükənir və bir çox hallarda yaxın uçuş tarixləri üçün sərbəst yerlər qalmır. Sözügedən istiqamət üzrə tələbat yüksək olduğundan, aviabiletləri öncədən əldə etməyən sərnişinlər hava limanına gələrək növbəti reys üçün bilet əldə etmək istədikdə çətinliklə üzləşirlər. Bu baxımdan AZAL sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı, biletlərini vaxtında əldə etməyi və uçuşlarla bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edir. Bununla yanaşı, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Həmin günlərdə Naxçıvan hava limanı ətrafında müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə ildırım aktivliyi və bununla əlaqədar yaranan meteoroloji risklər uçuşların təhlükəsiz icrasına maneə yaradıb. Bu səbəbdən sözügedən istiqamətdə reysləri icra edən bəzi təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Ləğv və ya gecikmə hallarında sərnişinlərə beynəlxalq aviasiya qaydalarına və aviaşirkətin daxili prosedurlarına uyğun olaraq əlavə reys imkanları təqdim edilib, bilet dəyişdirilməsi və digər xidmətlərlə bağlı zəruri dəstək göstərilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Güclü külək və küləyin istiqamətinin qəfil dəyişməsi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır, ildırım aktivliyi və digər intensiv atmosfer hadisələri isə uçuş marşrutlarının dəyişdirilməsinə, uçuş müddətinin uzanmasına və əməliyyat məhdudiyyətlərinin tətbiqinə səbəb ola bilər. Eyni zamanda, görmə məsafəsinin məhdudlaşması və yüksək turbulentlik kimi amillər də uçuşların təhlükəsiz icrasına təsir edən əsas risk faktorları sırasında yer alır. Aviasiyada əsas prioritet təhlükəsizlik olduğundan, əlverişsiz hava şəraitində uçuşların gecikdirilməsi və ya ləğvi beynəlxalq aviasiya standartlarına uyğun olaraq qəbul edilən zəruri qərar hesab olunur. Buna əsasən, AZAL-da bütün qərarlar sərnişin və ekipaj təhlükəsizliyi prioritet götürülərək qəbul edilir. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti Son xəbərlər Bank xəbərləri ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 17/06/2026 Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Digər xəbərlər Bank xəbərləri ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 17/06/2026 Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026