ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Bank xəbərləri 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®İyunun 16-dan başlanmış V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda (TIIF-2026) ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərliyi ilə Bankın nümayəndə heyəti də təmsil olunur. Bu barədə Abbas İbrahimov özünün sosial media hesablarında paylaşım edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşündə ABB-nin İdarə Heyətinin sədri də iştirak edib. Azərbaycan və Özbəkistanın hökumət rəhbərlərinin iştirakı ilə ABB, Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, həmçinin DavrBank arasında üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Bu əməkdaşlıq çərçivəsində ABB özü və törəmə müəssisələri vasitəsilə Özbəkistanda bank və maliyyə xidmətlərinin, ticarətin maliyyələşdirilməsi alətlərinin inkişafına, investisiya proqramlarına aktiv şəkildə dəstək verəcək, rəqəmsal bankçılıq, biznes üçün internet bankçılıq, mobil bank xidmətləri, maliyyə texnologiyaları və ödəniş infrastrukturu sahəsində müasir həllər tətbiq edəcək. Kiçik və orta biznesin fəal şəkildə dəstəklənməsi də ABB-nin Özbəkistan bazarında iştirak planlarına daxildir. ABB-nin nümayəndə heyəti forum çərçivəsində yerli və xarici təmsilçilərlə bir sıra görüşlər keçirərək yeni tərəfdaşlıq imkanlarını da müzakirə ediblər. Qeyd edək ki, ABB strateji inkişaf hədəflərinə uyğun olaraq özəl bank – Davr Bankın əsas nəzarət səhm paketini əldə etməklə bu il Özbəkistan bazarına daxil olmaq niyyətini hələ ötən aydan elan edib. Bütün icazə və sənədləşmə prosedurları tamamlandıqdan sonra cari ilin ikinci yarısından ABB Özbəkistan bazarında “ABB Davr Bank” adı ilə fəaliyyətə başlamağı planlayır. TaglarABB (Azərbaycan Beynəlxalq Bankı) Son xəbərlər Nəqliyyat AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib 17/06/2026 Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026 Digər xəbərlər Nəqliyyat AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib 17/06/2026 Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Bank xəbərləri Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir 17/06/2026