Çinin “Xiaohongshu” sosial şəbəkəsi $70 mlrd. qiymətləndirmə ilə 2026-cı ilin sonunadək IPO keçirməyi planlaşdırır Texnologiya xəbərləri 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Çinin Xiaohongshu adlı sosial şəbəkəsi 2026-cı ilin sonunadək Honkonq birjasında ilkin kütləvi səhm təklifi (IPO) keçirməyi planlaşdırır. “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır ki, şirkətin bazar dəyəri IPO-dan sonra 70 milyard dolları ötə bilər. Mənbələrin məlumatına görə, “Xiaohongshu”nun xalis mənfəəti 2026-cı ildə 3 milyard dolları keçəcək. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 2 milyard dollar olub. Platformanın aylıq aktiv istifadəçi sayı isə 400 milyondan çoxdur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə WSJ qeyd edir ki, IPO hazırlığında “China International Capital Corporation” iştirak edir. Birjaya çıxış üçün “Xiaohongshu” Çin tənzimləyici qurumlarının razılığını almalıdır. Nəşrin qeyd etdiyi kimi, şirkətin ana qurumunun Kayman adalarında qeydiyyatdan keçmiş ofşor strukturunun olması Çin hakimiyyətinin diqqətini cəlb edə bilər. 2025-ci ilin yanvarında ABŞ-də “TikTok”un qadağan olunması ehtimalı fonunda “Xiaohongshu” tətbiqi ABŞ “App Store”da ən çox yüklənən tətbiqə çevrilmişdi. Bunun nəticəsində şirkət ingilis dili bilən moderatorların işə qəbuluna başlayıb. Bununla belə, WSJ bildirir ki, platforma Çin xaricində hələlik ciddi uğur qazana bilməyib. “Xiaohongshu” 2013-cü ildə alış-veriş tövsiyələri tətbiqi kimi istifadəyə verilib. Sonradan platforma Çinin ən böyük sosial şəbəkələrindən birinə çevrilib. 2026-cı ildə şirkət ABŞ və Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələrdə Redshop adlı marketpleysini də istifadəyə verib. TaglarXiaohongshu Son xəbərlər Nəqliyyat AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib 17/06/2026 Bank xəbərləri ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 17/06/2026 Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026 Digər xəbərlər Nəqliyyat AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib 17/06/2026 Bank xəbərləri ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 17/06/2026 Yerli biznes xəbərləri 9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir 17/06/2026 Ölkə xarici Tramp İran üçün 300 mlrd. dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edib 17/06/2026