ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp Ölkə xarici 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Vaşinqton münaqişənin həlli çərçivəsində İrana investisiya qoymaq niyyətində deyil, lakin digər ölkələrin bunu etməsini qadağan etmir. Xarici media yazır ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “ABŞ-nin ivestisiya qoyacağı ilə bağlı məlumat yalandır. İstəsəniz, investisiya qoya bilərsiniz. Mən sizə bunu etməyinizə əngəl olmayacağam. Amma biz, ABŞ heç 10 sent belə investisiya qoymayacağıq”, – Tramp bildirib. Qeyd edək ki, mediada İranın ABŞ ilə razılaşmanın bir hissəsi olaraq 300 milyard dollar investisiya alacağı ilə bağlı xəbərlər yayılıb. O, həmçinin bildirib ki, İran iqtisadiyyatına investisiya qoyuluşu məsələsində Körfəz Ərəb ölkələri ilə danışıqlar aparmır. Daha əvvəl “Əl-Ərəbiyyə” telekanalı İran və ABŞ arasında imzalanması gözlənilən müqavilənin mətnini yaymışdı. Sazişdə deyilirdi ki, ABŞ və onun regional tərəfdaşları ən azı 300 milyard dollar maliyyələşdirmə təmin etməklə İranın yenidən qurulması və inkişafı üçün plan hazırlamağa öhdəlik götürürlər. MənbəTREND TaglarABŞ-İranDonald Trampİnvestisiya Son xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026 Ölkə xarici Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər 17/06/2026 Digər xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026 Ölkə xarici Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər 17/06/2026