Tramp: İran və ABŞ arasında saziş iyunun 18-19-da imzalana bilər Ölkə xarici 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İran və ABŞ arasındakı saziş iyunun 18-19-da imzalana bilər. Bunu ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 (“Böyük yeddilik”) sammitinin yekunlarına dair çıxışında bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Trampın sözlərinə görə, əgər Yaxın Şərq münaqişəsi üzrə danışıqların növbəti mərhələsi uğurlu olmasa, ABŞ İranı yenidən bombalamağa hazırdır. “Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq. Ola bilsin ki, bunu etmək məcburiyyətində qalaq, çünki biz onların nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyik”, – o qeyd edib. Trampın fikrincə, ABŞ-nin İranla hərbi əməliyyatları davam etdirməsi iqtisadi fəlakətlə nəticələnə bilər. “Mən bir şeyi görmək istəməzdim – iqtisadi fəlakəti. Əgər siz bunu davam etdirsəydiniz, bu baş verə bilərdi… Onlara investisiyalar lazımdır, axı biz bir yarım, bəlkə də 2 trilyon dollar məbləğində ziyan vurmuşuq”, – o vurğulayıb. ABŞ Prezidenti bildirib ki, İranla anlaşma memorandumunun mətninin surəti İsrail tərəfinə verilib. MənbəREPORT TaglarABŞ-İranDonald Tramp Son xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026 Digər xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026