Azərbaycan və ABŞ investorları Özbəkistanda turizm şəhərciyi layihəsinə qoşulacaq Turizm 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Özbəkistanın Cizzak vilayətində Azərbaycan və ABŞ-dən olan investorların iştirakı ilə turizm şəhərciyinin tikintisi planlaşdırılır. Bu barədə “Cizak” Azad İqtisadi Zonasının direktoru Ziyadin Sayidov Özbəkistan-Azərbaycan sənaye və iqtisadi zonaları forumunda bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, layihənin Özbəkistanın ən böyük göllərindən biri olan və yüksək turizm potensialına malik Aydarkul gölü ərazisində həyata keçirilməsi təklif olunur: “Biz azərbaycanlı və amerikalı investorlarla birlikdə kiçik bir turizm şəhərciyi qurmaq istəyirik. Azərbaycanlı dostlarımızın bu sahədə böyük təcrübəsi var. Biz bu layihəni birgə həyata keçirməyə ümid edirik”. Z.Sayidov, həmçinin Cizakda Azərbaycan nümunəsi əsasında Ekspomərkəzin tikintisinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, Cizak vilayəti dağlıq ərazilərin və görməli yerlərin mövcudluğu sayəsində turizmin inkişafı üçün geniş imkanlara malikdir. Z.Sayidov Özbəkistan-Azərbaycan Sənaye və İqtisadi Zonalar Forumunun ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində mühüm addım olacağına əminliyini ifadə edib. O vurğulayıb ki, Cizak vilayəti əməkdaşlıq üçün açıqdır və investorlara biznesin, yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait təklif etməyə hazırdır. MənbəREPORT TaglarABŞÖzbəkistanturizm Son xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026 Digər xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026