Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır Maliyyə xəbərləri 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində yaradılmış İctimai Audit İnformasiya Sistemində artıq 628 dövlət qurumu qeydiyyatdan keçib. Bunu Hesablama Palatasının auditoru Hilal Hüseynov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Palatanın təşkilatçılığı ilə “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi” mövzusunda keçirilən tədbirdə deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, sistem vasitəsilə hazırda 17 növ hesabat toplanır və 1 082 aktiv istifadəçi fəaliyyət göstərir: “Məlumatların təhlili üçün 100-dən çox meyardan istifadə olunur. Sistem büdcənin icrası, dövlət vəsaitlərinin istifadəsi, borc öhdəlikləri və dövlət satınalmaları ilə bağlı məlumatların elektron şəkildə toplanmasına imkan yaradır”. H. Hüseynov bildirib ki, Hesablama Palatası dövlət auditində süni intellekt texnologiyalarının tətbiqini planlaşdırır: “Növbəti mərhələdə audit sisteminə süni intellekt həlləri inteqrasiya olunacaq, dövlət qurumlarının informasiya sistemləri ilə əlaqələr genişləndiriləcək və uzaqdan audit imkanları yaradılacaq. Bu yeniliklər risklərin erkən aşkarlanmasına, audit proseslərinin sürətlənməsinə və resurslardan daha səmərəli istifadəyə şərait yaradacaq”. MənbəREPORT TaglarauditHesablama Palatasısüni intellekt Son xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026 Digər xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026