Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb Ölkə xarici 17/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə Bakı ilə İrəvan arasındakı normallaşmaya qarşı çıxan siyasi qüvvələrə müqavimət göstərməyə çağırıb. Bu barədə Baş nazir parlamentdə çıxışı zamanı bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “İndi “üçbaşlı müharibə partiyası” bu sülh sazişini (Azərbaycanla – red.) şübhə altına alır. Məlum olur ki, Ermənistan parlamentində sülh arxitekturasını qəbul etməyən bir qüvvə mövcuddur. Bu, təhdidlər yaradır və birbaşa reaksiyalara səbəb olur. Biz bu səbəb-nəticə əlaqələrini görməli və onlara müqavimət göstərməliyik”, – N.Paşinyan vurğulayıb. Paşinyan “üçbaşlı müharibə partiyası” dedikdə üç müxalif siyasi qüvvəni nəzərdə tutur: “Güclü Ermənistan”, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan”. O əlavə edib ki, seçkilərin nəticələrinə əsasən parlamentə keçən “Güclü Ermənistan” və “Ermənistan” bloklarının üzvləri casus şəbəkəsinin nümayəndələridir və bu səslərə seçkilərdə seçiciləri ələ almaq yolu ilə nail olublar: “Bu casus şəbəkəsini aradan qaldırmaq lazımdır. Əks halda, onlar münaqişəni yenidən canlandırmaq, müharibə başlatmaq üçün hər şeyi edəcəklər. İndi biz vəziyyətin öhdəsindən inamla gəlirik, lakin xalqımız da bunu başa düşməlidir”. N.Paşinyan bildirib ki, Ermənistanın gələcəyinə yönələn hər hansı təhdid elə yarandığı mənbədə aradan qaldırılmalıdır. MənbəREPORT TaglarAzərbaycan-ErmənistanNikol PaşinyanSülh Son xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026 Digər xəbərlər Karyera Azərbaycanda bu şəxslərin 65 yaşdan sonra da işləməsinə icazə veriləcək 17/06/2026 Neft və Qaz Yaponiya neft idxalında rekorda yaxınlaşıb 17/06/2026 Ölkə xarici ABŞ İrana investisiya qoymaq niyyətində deyil – Tramp 17/06/2026 Maliyyə xəbərləri ICD Türk İnvestisiya Fondu ilə birgə Azərbaycanda KOB-ların kreditləşməsinə vəsait yönəldəcək 17/06/2026