Dünya çempionatının qrup mərhələsinin ilk turunda bu gecə maraqlı qarşılaşma olacaq. “Qafqazinfo” xəbər verir ki, iddialılardan İngiltərə və Xorvatiya üz-üzə gələcək. Qarşılaşma saat 00:00-da başlayacaq. Harri Keyn 10-cu dəqiqədə penaltini vursa da, Dominik Livakoviç bunu dəf edə bilir, lakin o, qapı xəttindən öndə olduğu üçün penalti təkrarlanır. 12-ci dəqiqədə təkrarlanan penaltidə Harri Keyn komandasını önə keçirir. Xorvatiya hesabı bərabərləşdirir. 36-cı dəqiqədə Martin Baturina fərqlənir. Harri Keyn 42-ci dəqiqədə dublunu rəsmiləşdirir. Peter Musa 45+5-ci dəqiqədə hesabı bərabərləşdirir. 47-ci dəqiqədə Cud Bellinqem hesabı 3:2 edir. 81-ci dəqiqədə Markus Reşford hesabı 4:2 edir. Matç İngiltərənin 4:2 hesablı qələbəsi ilə başa çatır.