Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts G7 sammitində maraqlı vəziyyətlə qarşılaşıblar. “Qafqazinfo” xəbər verir ki, bu, rəsmi görüş zamanı siyasətçilər və onların həyat yoldaşları kameralar qarşısında bir-birini salamlayarkən baş verib. Belə ki, Fransa liderinin yanında Bricit Makron deyil, Almaniya kanslerinin həyat yoldaşı Şarlotta Merts dayanıb. Bir anda cütlüklər çaş-baş qalıblar, lakin tezliklə Fransa prezidenti arvadının əlindən tutub onu özünə tərəf aparıb və onun yerinə Şarlotta Merts keçib. Daha sonra gülümsəyən siyasətçilər və həyat yoldaşları foto çəkdirməyə davam ediblər.