“Apple” çiplərin bahalaşması səbəbindən qiymətləri artıracaq Texnologiya xəbərləri 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Apple”ın baş direktoru Tim Kuk bildirib ki, şirkət öz məhsullarının qiymətlərini artırmağı planlaşdırır. Onun sözlərinə görə, bu addım, xüsusilə yaddaş çipləri və məlumat saxlama qurğularının qiymətinin kəskin bahalaşmasını kompensasiya etmək üçün zəruridir. “Qiymət artımı qaçılmazdır. Xərclərin yüksəlməsini yumşaltmaq və müştəriləri bu artımdan qorumaq üçün əlimizdən gələni edirik, lakin vəziyyət artıq dayanıqlı deyil”, — deyə Tim Kuk qeyd edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O, qiymət artımının nə vaxt və hansı miqyasda həyata keçiriləcəyini, eləcə də hansı məhsulları əhatə edəcəyini açıqlamayıb. Kuk əlavə edib ki, sənayedə 40 ildən çox fəaliyyət göstərdiyi müddətdə son altı ayda müşahidə olunan xammal qiymətlərindəki bu qədər kəskin dəyişkənliklə heç vaxt qarşılaşmayıb. “The Wall Street Journal”ın məlumatına görə, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin yaddaş çiplərinə tələbatının artması onların qiymətlərini əhəmiyyətli dərəcədə yüksəldib. Nəticədə “Apple” mənfəət marjasını qorumaq üçün cihazlarının qiymətlərini artırmağa məcbur olacaq. Tədqiqat şirkəti “TechInsights”in hesablamalarına əsasən, bu amil növbəti “iPhone Pro” modelinin qiymətini təxminən 270 dollar artıra bilər. 2025-ci ildən etibarən “Google”, “Microsoft”, “Meta” və “Amazon” şirkətlərinin kapital xərclərini əhəmiyyətli dərəcədə artıracaqlarını açıqlamasından sonra yaddaş və məlumat saxlama çiplərinin qiyməti dörd dəfə yüksəlib. “TechInsights” komponentlərin qiymətlərinin 2027-ci ilə qədər artmağa davam edəcəyini gözləyir. “Morgan Stanley” isə ABŞ-də smartfon və fərdi kompüterlərin qiymətlərinin bu il 15% bahalaşacağını proqnozlaşdırır. TaglarappleTim Kuk Son xəbərlər Ölkə xarici Reuters: ABŞ və İran iyunun 19-da İsveçrədə danışıqlar aparacaq 18/06/2026 Bank xəbərləri Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib 18/06/2026 Nəqliyyat Taksi sifariş edənlərin nəzərinə: Bu profillər bloklanacaq 18/06/2026 Nəqliyyat Azərbaycanda avtomobil istehsalı azalıb, anbarlarda 261 ədəd hazır məhsul qalıb 18/06/2026 Digər xəbərlər Ölkə xarici Reuters: ABŞ və İran iyunun 19-da İsveçrədə danışıqlar aparacaq 18/06/2026 Bank xəbərləri Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib 18/06/2026 Nəqliyyat Taksi sifariş edənlərin nəzərinə: Bu profillər bloklanacaq 18/06/2026 Nəqliyyat Azərbaycanda avtomobil istehsalı azalıb, anbarlarda 261 ədəd hazır məhsul qalıb 18/06/2026