Taksi sifariş edənlərin nəzərinə: Bu profillər bloklanacaq Nəqliyyat 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda taksi fəaliyyətinə rəqəmsal nəzarət mexanizmi gücləndirilir. Banker.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və taksi sifarişi operatorlarının birgə iştirakı ilə “Digital Finance” layihəsinin icrasına başlanılıb. İRİA-nın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ölkənin iki böyük taksi operatorunda (“Bolt” və “Uber/Yango”) yeni rəqəmsal həll tətbiq edilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni sistem taksi bazarında şəffaflığın artırılması, sənədlərin yoxlanılmasının avtomatlaşdırılması, sürücülərə dair tələblərə nəzarətin gücləndirilməsi, eləcə də sərnişinlərin təhlükəsizliyi və xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb. Layihənin əsas məqsədi operatorların mobil tətbiqlərində yeni sürücü qeydiyyatı zamanı “Xüsusi hazırlıq şəhadətnaməsi” və “Buraxılış kartı” məlumatlarının real vaxt rejimində avtomatik yoxlanılmasını təmin etməkdir. Bu sistemin işləməsi üçün sürücülərdən “Xüsusi hazırlıq şəhadətnaməsi” məlumatlarının paylaşılmasına dair öz “myGov” kabinetləri üzərindən razılıq vermələri tələb olunacaq. Qeyd edək ki, indiyədək yeni sürücü qeydiyyatı zamanı sənədlərin yoxlanılması prosesi taksi operatorları tərəfindən mexaniki (əl ilə) icra edilirdi. Bu isə buraxılış kartı olmayan və lazımi təlimlərdən keçməyən şəxslərin asanlıqla qeydiyyatdan keçərək sürücü profili yaratmasına imkan verirdi. Yeni inteqrasiya sayəsində isə sənədlərin mövcudluğu sistem tərəfindən dərhal yoxlanılacaq. Müvafiq sənəd və icazələri olmayan şəxslər sistemə daxil ola və sürücü kimi fəaliyyət göstərə bilməyəcəklər. Son xəbərlər Ölkə xarici Reuters: ABŞ və İran iyunun 19-da İsveçrədə danışıqlar aparacaq 18/06/2026 Bank xəbərləri Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib 18/06/2026 Nəqliyyat Azərbaycanda avtomobil istehsalı azalıb, anbarlarda 261 ədəd hazır məhsul qalıb 18/06/2026 Neft və Qaz Azərbaycanda xam neft hasilatı 3%, ixracı 15% azalıb 18/06/2026 Digər xəbərlər Ölkə xarici Reuters: ABŞ və İran iyunun 19-da İsveçrədə danışıqlar aparacaq 18/06/2026 Bank xəbərləri Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib 18/06/2026 Nəqliyyat Azərbaycanda avtomobil istehsalı azalıb, anbarlarda 261 ədəd hazır məhsul qalıb 18/06/2026 Neft və Qaz Azərbaycanda xam neft hasilatı 3%, ixracı 15% azalıb 18/06/2026