BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib CəmiyyətÖlkə xarici 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Nazirlər Kabineti 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab yaratmasını və bu platformalardan istifadə etməsini qadağan edən qərar qəbul edib. Bu barədə WAM dövlət informasiya agentliyi məlumat yayıb. Sənədə əsasən, ölkədə sosial şəbəkələrdən istifadə üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Hökumətin açıqlamasında bildirilir ki, bu yaşa çatmayan uşaqlara sosial media platformalarında şəxsi hesab yaratmaq, istifadə etmək və ya idarə etmək qadağandır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onlar kontent paylaşa, şərh yaza və açıq qruplarda iştirak edə bilməyəcəklər. Sosial şəbəkələr isə qaydaları pozan istifadəçi hesablarını aşkar etməli və dərhal bloklamalıdır. 15-16 yaşlı yeniyetmələrə sosial şəbəkələrdən istifadə etməyə icazə veriləcək, lakin onların hesablarına ciddi məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, platformalar bu yaş qrupu üçün kontenti filtrləməli, istifadə müddətini məhdudlaşdırmalı və naməlum şəxslərlə ünsiyyət funksiyalarını deaktiv etməlidir. Bundan əlavə, sosial şəbəkələrə yetkinlik yaşına çatmayanların şəxsi məlumatlarından kommersiya məqsədləri üçün istifadə etmək və onlara hədəflənmiş reklam göstərmək qadağan olunur. Hökumət vurğulayıb ki, valideyn razılığı belə bu məhdudiyyətlərin aradan qaldırılması üçün əsas hesab edilməyəcək. Yeni qaydalara əsasən, sosial media platformaları istifadəçilərin yaşını yoxlamaq üçün rəqəmsal şəxsiyyət vəsiqələri və ya biometrik identifikasiya kimi etibarlı mexanizmlər tətbiq etməlidirlər. Platformalara yeni tələblərə uyğunlaşmaq üçün 12 aya qədər keçid müddəti verilib. Qaydaların pozulması hallarında BƏƏ hakimiyyəti sosial şəbəkələrə qarşı qismən və ya tam bloklama, həmçinin inzibati cərimələr də daxil olmaqla müxtəlif sanksiyalar tətbiq edə biləcək. Son xəbərlər Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Ölkə daxili Azərbaycanda teleqüllə vasitəsilə dəqiq vaxt siqnalları yayıla bilər 18/06/2026 Ölkə xarici Litva hökuməti 23 iyunda istefaya gedəcək 18/06/2026 Digər xəbərlər Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Ölkə daxili Azərbaycanda teleqüllə vasitəsilə dəqiq vaxt siqnalları yayıla bilər 18/06/2026 Ölkə xarici Litva hökuməti 23 iyunda istefaya gedəcək 18/06/2026