Azərbaycanda teleqüllə vasitəsilə dəqiq vaxt siqnalları yayıla bilər Ölkə daxili 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda dəqiq vaxt məlumatlarının daha geniş auditoriyaya çatdırılması üçün teleqüllə üzərindən vaxt siqnallarının ötürülməsi imkanları nəzərdən keçirilir. Banker.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) laboratoriya müdiri Şamxal Abbasov qurumda təşkil olunan təlim çərçivəsində deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda vətəndaşların istifadə etdiyi mobil telefonlar internet vasitəsilə beynəlxalq vaxt serverləri ilə sinxronlaşaraq öz saatlarını avtomatik tənzimləyir: “Lakin gələcəkdə dəqiq vaxt siqnallarının teleqüllə üzərindən yayımlanması da nəzərdə tutulur. Bu texnologiya tətbiq ediləcəyi təqdirdə televiziya və radio avadanlıqları, elektron saatlar, eləcə də digər qurğular dəqiq vaxt məlumatlarını birbaşa qəbul edə biləcək”. Ş. Abbasov bildirib ki, vaxt etalonlarının inkişafı və ötürülməsi sistemlərinin təkmilləşdirilməsi ölkədə ölçmə infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu istiqamətdə yeni texniki imkanların yaradılması və mövcud sistemlərin modernləşdirilməsi üzrə işlər davam etdirilir”. Son xəbərlər Cəmiyyət BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib 18/06/2026 Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Ölkə xarici Litva hökuməti 23 iyunda istefaya gedəcək 18/06/2026 Digər xəbərlər Cəmiyyət BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib 18/06/2026 Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Ölkə xarici Litva hökuməti 23 iyunda istefaya gedəcək 18/06/2026