Litva hökuməti 23 iyunda istefaya gedəcək Ölkə xarici 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Litvanın Baş naziri İnqa Ruqinene rəhbərlik etdiyi hökumət iyunun 23-də istefaya gedəcək. Bu barədə “Delfi” portalı baş nazirin müşaviri İqnas Dobrovolskasa istinadən məlumat yayıb. Məlumata görə, yeni hökumətin tərkibində hakim Sosial-demokrat partiyası doqquz nazirliyə nəzarəti saxlayacaq. “Litva naminə Demokratlar” partiyasına üç nazirlik veriləcək, Kəndlilər və Yaşıllar İttifaqının nümayəndələri isə iki nazir postunu tutacaqlar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Yeni koalisiyanın formalaşdırılması məsələsi sosial-demokratların iyunun 6-da “Neman üzərində Şəfəq” partiyası ilə əməkdaşlığa son vermək qərarından sonra gündəmə gəlib. Sosial-demokratlar həmin partiyanı populist siyasət yürütməkdə ittiham ediblər. Hakim partiyanın sədri Mindauqas Sinkevicius Baltik respublikasının baş naziri vəzifəsini tutmaq niyyətində olduğunu açıqlayıb. O, 2024-cü il parlament seçkilərindən sonra Litvada üçüncü baş nazir olacaq. Litva Seymi ötən ilin avqustunda Sosial-Demokrat Partiyasının namizədi İnqa Ruqineneni baş nazir vəzifəsinə təsdiqləmişdi. Son xəbərlər Cəmiyyət BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib 18/06/2026 Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Ölkə daxili Azərbaycanda teleqüllə vasitəsilə dəqiq vaxt siqnalları yayıla bilər 18/06/2026 Digər xəbərlər Cəmiyyət BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib 18/06/2026 Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Ölkə daxili Azərbaycanda teleqüllə vasitəsilə dəqiq vaxt siqnalları yayıla bilər 18/06/2026