Azərbaycanda mis hasilatı rekord yenilədi: Beş aya 10 min ton Ümumi iqtisadi xəbərlər 18/06/2026 Mis Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda əlvan metal mis konsentratı istehsalı və ixracında kəskin artım qeydə alınıb. Banker.az Dövlət Statistika Komitəsinin istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 10.14 min ton mis konsentratı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.1 dəfə çoxdur. İyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 6.36 min ton hazır məhsul ehtiyatı formalaşıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Gömrük statistikasına əsasən, 2026-cı ilin ilk 4 ayında Azərbaycandan 40.72 min ton mis filizləri və konsentratları ixrac olunub. İxracın dəyəri 87.98 mln. dollar təşkil edib. Ötən ilin eyni dövründə isə ölkədən 5.17 min ton məhsul ixrac edilmiş və bunun dəyəri 6.99 mln. dollar olmuşdu. Beləliklə, mis filizləri və konsentratlarının ixrac həcmi illik müqayisədə 7.9 dəfə, ixrac gəlirləri isə 12.6 dəfə artıb. Hesablamalara görə, 2026-cı ilin ilk 4 ayında ixrac olunan mis filizləri və konsentratlarının orta qiyməti hər ton üçün 2 160.62 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1 351.52 dollar olub. Nəticədə orta ixrac qiyməti bir il ərzində 59.9% yüksəlib. Cari ilin ilk 4 ayında mis filizləri və konsentratlarının əsas alıcısı Gürcüstan olub. Bu ölkəyə 39.96 min ton məhsul ixrac edilib ki, bu da ümumi ixracın təxminən 98%-nə bərabərdir. İsveçrəyə isə 762.1 ton məhsul göndərilib. Ötən ilin eyni dövründə ixrac coğrafiyasında Gürcüstan, İsveçrə və Özbəkistan yer almışdı. Qeyd edək ki, Britaniyanın Azərbaycanda əsas mis hasilatçısı “Anglo Asian Mining” şirkətinin törəməsi “AIMKL” 2026-cı ilin ilk 4 ayında 121.1 mln. dollar məhsul ixrac edib. O misla bərabər qızıl da satır. Bu göstərici ötən ilin eyni dövründə 27.9 mln. dollar idi. Nəticədə illik müqayisədə vəsait axını 4.3 dəfə və ya 93.2 mln. dollar artıb. Son xəbərlər Menecement (təyinatlar) Leyla Abbasova “Azerconnect”də yüksək vəzifəyə təyin olundu 18/06/2026 Cəmiyyət BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib 18/06/2026 Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) Leyla Abbasova “Azerconnect”də yüksək vəzifəyə təyin olundu 18/06/2026 Cəmiyyət BƏƏ-də 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilib 18/06/2026 Ölkə xarici ABŞ-nin hərbi xərcləri 2027-ci ildə 1,5 trilyon dollara çatacaq 18/06/2026 Ölkə daxili “Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi” üzrə kredit sazişi imzalanıb 18/06/2026