Hesabata görə, araşdırma çirkli pulların yuyulması və korrupsiya iddiaları ilə bağlı daha geniş yoxlamanın bir hissəsidir və Xamenei tərəfindən nəzarət edilən şirkətlərlə bağlı əməliyyatların yoxlanılmasını əhatə edir. JPMorgan , Citigroup və ABŞ Ədliyyə Nazirliyi (DOJ) Reuters-in şərh sorğularına dərhal cavab verməyiblər. Xamenei atası Ayətullah Əli Xamenei ABŞ-İsrail hava zərbəsində öldürüldükdən sonra İranın ali rəhbəri seçilib. Ali rəhbər xarici siyasət və İranın nüvə proqramı daxil olmaqla, dövlət məsələlərində son söz sahibidir.