Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib Xarici biznes xəbərləri 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Reuters” agentliyinin mənbələrinə görə, Çin tənzimləyici qurumları “Warner Bros. Discovery” şirkətinin aktivlərinin “Paramount Skydance” tərəfindən 110 milyard dollara alınması ilə bağlı sövdələşməni təsdiqləyib. Təsdiq Çin bazarında hər iki şirkətin film və televiziya məhsulları yaydığı üçün zəruri hesab olunurdu.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Çin bazarı yerli kino sənayesinin güclənməsi fonunda əvvəlki əhəmiyyətini qismən itirsə də, Hollivud studiyaları üçün hələ də vacib bazarlardan biri olaraq qalır. Bundan əvvəl tərəflər sövdələşmə ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin Antimonopoliya İdarəsinin razılığını alıblar. Bundan əlavə, birləşmə artıq Avstraliya, Almaniya, Fransa və Səudiyyə Ərəbistanının tənzimləyici qurumları tərəfindən də təsdiqlənib. Tərəflər hələ Avropa İttifaqının razılığını əldə etməlidirlər. “Paramount Skydance” şirkətinin “Warner Bros.” aktivlərini almaq planları barədə 2026-cı ilin fevralında məlumat verilmişdi. Alınacaq aktivlər paketinə kinostudiya, HBO Max striminq platforması, həmçinin CNN, TBS və TNT daxil olmaqla bir neçə kabel televiziya kanalı daxildir. “Warner Bros.” səhmdarları sövdələşməni aprel ayında təsdiqləyiblər. TaglarParamountWarner Bros. Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda iki şirkət birləşdi: “İntegra Holding” təsis edilir 18/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda iki şirkət birləşdi: “İntegra Holding” təsis edilir 18/06/2026