OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq Neft və Qaz 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram OPEC-in uzunmüddətli “World Oil Outlook” (WOO) proqnozuna əsasən, 2025-2050-ci illər ərzində neft və qazın dünya enerji balansındakı ümumi payı 50%-dən çox olacaq. Təkcə neftin payı isə 2050-ci ildə 30%-ə yaxın səviyyədə qalacaq. Təşkilatın proqnozuna görə, kömür istisna olmaqla bütün enerji mənbələrinə tələbat 2050-ci ilə qədər artacaq. Bərpa olunan enerji mənbələrinə tələbatın 2025-ci ildəki gündəlik 47,8 milyon barel neft ekvivalentindən 2050-ci ildə 99,1 milyon barel neft ekvivalentinə yüksələcəyi gözlənilir. Bu artımın əsas hissəsi günəş və külək enerjisinin payına düşəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bərpa olunan enerji mənbələrinin qlobal enerji balansındakı payı da artaraq 2025-ci ildəki 15,3%-dən 2050-ci ildə 25,9%-ə çatacaq. Bununla belə, bu göstərici yenə də neftin payından aşağı olacaq. OPEC hesab edir ki, etibarlı və əlçatan enerji mənbələrinə yüksək tələbat fonunda neft və qaza ehtiyac artmaqda davam edəcək. Təşkilatın qiymətləndirməsinə görə, 2050-ci ilə qədər neftə tələbat gündəlik 18,6 milyon barel neft ekvivalenti, qaza tələbat isə gündəlik 19,3 milyon barel neft ekvivalenti artacaq. Hesabatda atom enerjisinin də rolunun güclənəcəyi qeyd olunur. Belə ki, nüvə energetikasının qlobal enerji balansındakı payının 2025-ci ildəki 4,8%-dən 2050-ci ildə 6,7%-ə yüksələcəyi proqnozlaşdırılır. Bununla yanaşı, OPEC kömürə tələbatın əhəmiyyətli dərəcədə azalacağını gözləyir. Təşkilatın hesablamalarına görə, kömürə tələbat 2025-ci ildəki gündəlik 82,6 milyon barel neft ekvivalentindən 2050-ci ildə 53,3 milyon barel neft ekvivalentinə enəcək. Bu azalma iqlim siyasəti və kömürün digər enerji mənbələri ilə əvəz olunması ilə izah edilir. Son xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda iki şirkət birləşdi: “İntegra Holding” təsis edilir 18/06/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda iki şirkət birləşdi: “İntegra Holding” təsis edilir 18/06/2026