Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib Ölkə daxili 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb. Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir. MənbəQafqazinfo Son xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026