Dünyanın ən yaxşı universitetləri açıqlanıb — QS World University Rankings 2027 Təhsil 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Britaniyanın “Quacquarelli Symonds” şirkəti dünyanın ən yaxşı ali təhsil müəssisələrinin növbəti reytinqi olan “QS World University Rankings 2027″ni dərc edib. Reytinqdə ilk sıraları ənənəvi olaraq ABŞ və Böyük Britaniya universitetləri tutsa da, analitiklər Asiya və Yaxın Şərq universitetlərinin mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd edirlər. Birinci yeri artıq 15-ci dəfədir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) tutur. İkinci yeri Stenford Universiteti və London İmperial Kolleci bölüşür. Sonrakı pillələrdə Oksford Universiteti, Harvard Universiteti, Kembric Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Sürix Ali Texniki Məktəbi (ETH Zurich), London Universitet Kolleci və Sinqapur Milli Universiteti qərarlaşıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İlk 20-liyə Asiyanın bir sıra nüfuzlu ali məktəbləri də daxil olub. Bunlar arasında Honkonq Universiteti, Nanyanq Texnologiya Universiteti, Pekin Universiteti, Tsinxua Universiteti və Honkonq Çin Universiteti yer alır. Hindistan universitetləri arasında ən yüksək nəticəni Dehli Texnologiya İnstitutu göstərib və 118-ci yeri tutub. Yaxın Şərq universitetləri isə reytinqdə nəzərəçarpacaq irəliləyiş nümayiş etdiriblər. “QS” analitiklərinin qeyd etdiyi kimi, ərəb regionunun dörd aparıcı universiteti öz tarixlərində ən yüksək nəticələrə nail olub. Bunlar Kral Fəhd adına Neft və Minerallar Universiteti (63-cü yer), Kral Səud Universiteti (107-ci yer), Qətər Universiteti (109-cu yer) və Xəlifə Universitetidir (147-ci yer). Reytinqə 33 Rusiya universiteti daxil edilib ki, bu da ötən ilki 40 universitetlə müqayisədə azdır. Rusiya ali məktəbləri arasında ən yüksək mövqeyi ənənəvi olaraq M. V. Lomonosov adına Moskva Dövlət Universiteti tutub. Universitet 115-ci yerdə qərarlaşıb. TaglarQS World University Rankings 2027 Son xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026