Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay”ə məcburi göstəriş verib FinTex 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan planlı yoxlamalar nəticəsində iki ödəniş xidməti təchizatçısında qanunvericilik və normativ tələblərin pozulması aşkar edilib. Banker.az AMB-yə istinadən xəbər verir ki, Baku Pay MMC-də ödəniş xidməti istifadəçilərinə məxsus vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sahələrində ciddi çatışmazlıqlar müəyyən olunub. Bu səbəbdən şirkətə aşkar edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Eyni zamanda Fizza Pay MMC üzrə aparılan nəzarət tədbirləri çərçivəsində daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi sahələrində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş tətbiq olunub. Qərarlar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 48.2.4-cü maddəsi və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən qəbul edilib. TaglarBaku PayFizza Pay Son xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026 Digər xəbərlər Xarici biznes xəbərləri Çin tənzimləyiciləri “Warner Bros.” və “Paramount”un 110 mlrd. dollarlıq birləşməsini təsdiqləyib 18/06/2026 Ümumi iqtisadi xəbərlər Azərbaycan litium-ionlu akkumulyatorın idxalını kəskin artırıb 18/06/2026 Menecement (təyinatlar) SOCAR-da yeni təyinat 18/06/2026 Neft və Qaz OPEC: Neft və qazın qlobal enerji balansındakı payı 2050-ci ilə qədər 50%-dən çox olacaq 18/06/2026