Qlobal neft ticarətinin 2050-ci ilədək 25 faiz artacağı proqnozlaşdırılır Neft və Qaz 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2050-ci ilə qədər qlobal neft ticarətinin təxminən 25 faiz artaraq gündəlik 69 milyon barelə çatacağı gözlənilir. Bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) hesabatında deyilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilir ki, Yaxın Şərqin dünyanın ən böyük neft ixracatçısı kimi mövqeyini daha da gücləndirəcəyi, Asiya-Sakit Okean bölgəsinin isə ən böyük idxal mərkəzi olaraq qalacağı nəzərdə tutulur. Hesabatda təqdim olunan alternativ ssenarilər uzunmüddətli perspektivdəki qeyri-müəyyənliklərə işarə edir. Qabaqcıl enerji texnologiyalarının daha sürətlə yayıldığı texnologiyaya yönəlmiş ssenaridə qlobal neft tələbatının 2035-ci ildən sonra pik həddə çatacağı və 2050-ci ildə gündəlik 107 milyon bareldən aşağı düşəcəyi gözlənilir. Əksinə, inkişaf etməkdə olan ölkələrdə daha güclü iqtisadi artımla bərabər böyümə ssenarisində neft tələbatının 2050-ci ildə sutkada 131 milyon barelə çatacağı proqnozlaşdırılır ki, bu da istinad ssenarisindən təxminən 7 milyon barel çoxdur. MənbəAZƏRTAC TaglarneftOPEC+ Son xəbərlər Neft və Qaz OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq 18/06/2026 Neft və Qaz Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik 18/06/2026 Ölkə xarici Norveç dünyada ilk gəmi tunelini tikir 18/06/2026 Turizm Xaricə tur paketlər adı ilə vətəndaşların pulu ələ keçirilib – Bir nəfər beynəlxalq axtarışa verildi 18/06/2026 Digər xəbərlər Neft və Qaz OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq 18/06/2026 Neft və Qaz Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik 18/06/2026 Ölkə xarici Norveç dünyada ilk gəmi tunelini tikir 18/06/2026 Turizm Xaricə tur paketlər adı ilə vətəndaşların pulu ələ keçirilib – Bir nəfər beynəlxalq axtarışa verildi 18/06/2026