ABŞ -ın vitse-prezidenti JD Vance bildirib ki, Prezident Donald Tramp və İran liderləri tərəfindən təsdiqlənmiş anlaşma memorandumunda nəzərdə tutulan 60 günlük müddət cümə axşamı başlayır. Vance Ağ Evdə keçirilən brifinqdə jurnalistlərə deyib: “Deyərdim ki, 60 günlük müddət rəsmi olaraq bu gün başladı”. Hörmüz boğazının idarə edilməsi baxımından 60 günlük müddətdən sonra nə baş verəcəyi soruşulduqda, Vance ABŞ -ın neft və qaz daşımaları üçün əsas təchizat marşrutunun ödənişsiz olması ilə bağlı mövqeyini təkrarladı. İran müharibə zamanı bu su yolunu faktiki olaraq bağlamışdı. Vance deyib: “Yekun danışıqlar sonradan nə olacağını müəyyən edə bilər”. Prezident Donald Tramp və İran liderləri tərəfindən imzalanan müvəqqəti pakt ən çətin məsələləri danışıqların növbəti mərhələsinə təxirə saldı və onların heç vaxt həll olunacağına zəmanət yoxdur. Əksər analitiklər iki tərəfin anlaşma memorandumunda nəzərdə tutulan 60 günlük müddət ərzində yekun razılaşma əldə edə biləcəyinə şübhə ilə yanaşırlar.