Cəlilabadda kişi bədbəxt hadisə nəticəsində həyatını itirib. “Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, elektrik Fariz Məmmədov dirəkdə təmir-bərpa işləri apararkən, elektrik enerjisinin verilməsi nəticəsində onu cərəyan vurub. Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.