“Rabitəbank” ASC açıq tender elan edir Bank xəbərləri 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®Tenderin adı: “PCI DSS standartlarına uyğunluğun qiymətləndirilməsi” Tenderin elan tarixi: 17.06.2026⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Tenderin son tarixi: 29.06.2026, saat 18:00. Tenderin qısa şərtləri: Rabitabank ASC, PCI DSS v4.0.1 beynəlxalq standartı üzrə əhatə dairəsi və uyğunluq boşluqlarının müstəqil qiymətləndirilməsini həyata keçirmək üçün ixtisaslı PCI DSS QSA təchizatçısını və PCI SSC tərəfindən təsdiqlənmiş ASV təminatçısını seçmək məqsədi ilə tender elan edir. Qiymətləndirilmənin məqsədi: Rabitabank-ın hazırkı PCI DSS uyğunluq vəziyyətini müəyyən etmək, faktiki kart sahibi məlumatlarının saxlanması, emalı, ötürülməsi, göstərilməsi, qeydiyyatı, ehtiyat nüsxələri və kənar xidmət emalı modelinə əsaslanaraq müvafiq PCI DSS tələblərini müəyyən etmək, boşluqları qiymətləndirmək və sənədləşdirilmiş bərpa yol xəritəsi və idarəetmə/tənzimləmə xülasəsi hesabatını təqdim etməkdir. Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək: İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) İşin icra müddəti qeyd edilməsi mütləqdir Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin) Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış (son1 il müddət ərzində təqdim edən şirkətlər verməsin) Təkliflərin qəbul edilməsi: Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər. TaglarRabitəbanktender Son xəbərlər Ölkə xarici Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib 18/06/2026 Energetika OPEC: 2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir 18/06/2026 Neft və Qaz OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq 18/06/2026 Neft və Qaz Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik 18/06/2026 Digər xəbərlər Ölkə xarici Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib 18/06/2026 Energetika OPEC: 2050-ci ildə qlobal enerji istehlakının 23 faiz artacağı gözlənilir 18/06/2026 Neft və Qaz OPEC+ 2030-cu ildən sonra bazar payını artıracaq 18/06/2026 Neft və Qaz Fatih Birol: Neft qiymətlərində davamlı eniş müşahidə edə bilərik 18/06/2026