Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır İnvestisiya 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Böyük Britaniya 39,9 milyard dolları ötən investisiya həcmi ilə Azərbaycan iqtisadiyyatına ən böyük xarici investordur, bunun da 37 milyard dolları energetika sektoruna yönəldilib. Bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov Böyük Britaniya Kralı III Çarlzın ad gününə həsr edilmiş tədbirdə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə O əlavə edib ki, iki ölkə arasındakı münasibətlərdə energetika sahəsindəki əməkdaşlıq xüsusi yer tutur: “1994-cü ildə BP ilə səmərəli tərəfdaşlığın əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması bu qarşılıqlı fəaliyyətin təməli olub. Son üç onillik ərzində bu əməkdaşlıq həm hər iki ölkə, həm də bütün region üçün əhəmiyyətli nəticələr verib”. Zeynalov əlavə edib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” kimi iri layihələr qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. “Bu ayın əvvəlində AÇG yatağının dərin qatlarından təbii qaz hasilatının başlanmasına həsr olunmuş mərasim keçirilib. Bu, həmin yatağın inkişafında yeni tarixi mərhələdir. “Deep-gas” layihəsi Azərbaycanın qaz hasilatının və ixrac potensialının artırılması üçün strateji əhəmiyyətə malikdir. Layihə çərçivəsində işlənilən qaz ehtiyatları növbəti illərdə Azərbaycana gələcək xarici investisiyalar üçün zəmin yaradacaq”, – nazir müavini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlıq genişlənib “yaşıl” energetika və dekarbonizasiya sahəsində təşəbbüsləri əhatə edir. 2027-ci ildə Cəbrayılda istismara veriləcək 240 MVt gücündə olan “Şəfəq” günəş elektrik stansiyası, eləcə də bu layihənin Səngəçal terminalının dekarbonizasiyasına gələcək töhfəsi karbohidrogen və yaşıl energetikanın inteqrasiyasını əyani şəkildə nümayiş etdirəcək. Zeynalov həmçinin vurğulayıb ki, energetika sektorundan əlavə, Böyük Britaniya ilə əməkdaşlıq ticarət, investisiya, təhsil, səhiyyə və digər sahələri əhatə edən çoxprofilli tərəfdaşlığa çevrilib. MənbəREPORT TaglarAzərbaycan - Böyük BritaniyaOrxan Zeynalov Son xəbərlər Maliyyə xəbərləri Bakıda ICD yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib 18/06/2026 Neft və Qaz “Bank of America” neft qiymətinin artım proqnozunu azaldıb 18/06/2026 Bank xəbərləri “Rabitəbank” ASC açıq tender elan edir 18/06/2026 Ölkə xarici Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib 18/06/2026 Digər xəbərlər Maliyyə xəbərləri Bakıda ICD yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib 18/06/2026 Neft və Qaz “Bank of America” neft qiymətinin artım proqnozunu azaldıb 18/06/2026 Bank xəbərləri “Rabitəbank” ASC açıq tender elan edir 18/06/2026 Ölkə xarici Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib 18/06/2026