“Bank of America” neft qiymətinin artım proqnozunu azaldıb Neft və Qaz 18/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam bərpa olunması cari ildə “Brent” markalı neftin orta qiymətinin bir barel üçün 82 ABŞ dollarına qədər ucuzlaşmasına gətirib çıxara bilər. Bu barədə “Bank of America”nın analitik hesabatında bildirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Daha əvvəl bank, “Brent”in orta qiymətini bir barel üçün 93 dollar səviyyəsində proqnozlaşdırırdı. Yeni proqnoza görə, vəziyyətin normallaşması halında “Brent” markalı neftin 2026-cı ilin ikinci yarısında bir barel üçün 70-80 dollar aralığında ticarət olunacağı gözlənilir. Bank qiymətləndirməyə yenidən baxılmasını Hörmüz boğazının tam fəaliyyətinin bərpa olunacağı təqdirdə dünya neft bazarında təklifin mümkün artımı ilə əlaqələndirir. Qeyd olunur ki, cümə axşamı neft qiymətləri İranın iştirak etdiyi münaqişənin başlamasından sonrakı ticarət dövrünün əvvəlindən bəri ən aşağı səviyyəyə enib. ABŞ və İran arasında münaqişənin dayandırılmasını, Hörmüz boğazının fəaliyyətinin bərpasını və Tehrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutan razılaşma gözləntiləri bazara təzyiq göstərib. MənbəREPORT TaglarBank of AmericaNeft qiymətləri Son xəbərlər Maliyyə xəbərləri Bakıda ICD yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib 18/06/2026 İnvestisiya Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır 18/06/2026 Bank xəbərləri “Rabitəbank” ASC açıq tender elan edir 18/06/2026 Ölkə xarici Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib 18/06/2026 Digər xəbərlər Maliyyə xəbərləri Bakıda ICD yerli valyutalarda maliyyələşməyə çıxış üçün yeni hecinq alətini təqdim edib 18/06/2026 İnvestisiya Orxan Zeynalov: Böyük Britaniyanın Azərbaycana investisiya həcmi 40 milyard dollara yaxındır 18/06/2026 Bank xəbərləri “Rabitəbank” ASC açıq tender elan edir 18/06/2026 Ölkə xarici Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib 18/06/2026