Çinin xarici işlər naziri bildirir ki, inkişaf etməkdə olan iqtisadiyyatlar qlobal idarəetmə institutlarında hələ də az təmsil olunur. Qlobal idarəetməni daha ədalətli etmək üçün Çinin yeni ağ kitabını təqdim edən nazir Van Yi , Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsini və inkişaf etməkdə olan ölkələrin dünya qurumunda daha güclü səsə malik olmasını müdafiə etdi. Pekinin bəyan etdiyi fikrə görə, bütün ölkələr qlobal məsələlərdə bərabər səsə malik olmalı, yəni Qlobal Cənub daha çox təmsil olunmalıdır. Çinin bu çağırışı dünyanın bir çox silahlı münaqişələrə qərq olduğu və ciddi iqtisadi çətinliklərlə üzləşdiyi bir vaxta təsadüf edir.