MOSKVA , 19 iyun. /TASS/. Bərabər və bölünməz təhlükəsizlik prinsipi qitənin bütün ölkələri üçün açıq olan yeni Avrasiya arxitekturasında həyata keçirilə bilər, — Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib. “Avropa liderləri tanımalıdırlar ki, 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edildikdən bəri onilliklər ərzində Avropada qurulan regional təhlükəsizlik modeli öz əlləri ilə məhv edilib. Və o, heç vaxt bərpa olunmayacaq. Biz indi bütün Avrasiya ölkələri üçün açıq olan və bugünkü çoxqütblü reallığı əks etdirən qitə miqyaslı təhlükəsizlik arxitekturası yaratmağa doğru irəliləməliyik”, — Lavrov “Ukrayna, Avropa və Qlobal Təhlükəsizlik” adlı məqaləsində qeyd edib. “Avro-Atlantistlər tərəfindən tapdalanan bərabər və bölünməz təhlükəsizlik prinsipi yeni Avrasiya arxitekturasında təcəssüm etdirilə bilər. Vaxtı gələndə Avropa da bu böyük səyə qoşula biləcək”, — Rusiyanın baş diplomatı vurğulayıb. Rusiya xarici işlər nazirinin bu məqaləsi əvvəlcə Brüsseldə yerləşən “Politico-Europe” nəşrində dərc olunması planlaşdırılırdı, lakin nəşrin redaksiya heyətinin son dəqiqə qərarı ilə dərc ləğv edildi.