"Eastenders" spin-offunda və Jason Statham filmində rol almış Britaniyalı aktrisa Qərbi Afrikadan Avstraliyaya 320 kq metamfetamin qaçaqmalçılığına cəhd etməkdə ittiham olunur. 34 yaşlı Emaa Hussen cümə axşamı Sidney məhkəməsinə çıxarılıb və Avstraliyaya kommersiya miqdarında metamfetamin idxal etməyə cəhd etməkdə ittiham edilib. Maksimum cəza ömürlük həbsdir. Polis iddia edir ki, Hussen , Cənubi Avstraliyadan olan bir cütlüklə birlikdə, Qanadan gələn yük konteynerlərində kömür torbalarında gizlədilmiş metamfetamin idxal etməyə çalışıb.